"İnter Mayami" daha bir ulduz futbolçunu transfer edəcək

"Mançester Siti"nin belçikalı futbolçusu Kevin De Brüyne mövsümün sonunda klubdan ayrılacağı dəqiqləşib.

Sportline.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, "İnter Mayami" De Brüyneni azad agent kimi heyətinə qatmağı planlaşdırır.

33 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 matçda 4 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, De Brüyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir.