İran mundiallar tarixində ilk dəfə Avropa komandasına qalib gəlib
İran millisi tarixində ilk dəfə dünya çempionatlarında Avropa təmsilçisinə qalib gəlib.
Sportline.az xəbər verir ki, Asiya komandası Qətərdə keçirilən mundialın II turunda Uelsi iki cavabsız qolla üstələməklə buna nail olub.
İran turnir tarixində üçüncü qələbəsini qazanıb. Cənub qonşumuz daha əvvəl 1998-ci ildə ABŞ-ı 2:1, 2018-ci ildə Mərakeşi 1:0 hesabı ilə üstələyib.
Yığmanın hücumçusu Serdar Azmun indiyədək DÇ-2022-də dirəyə ən çox zərbə endirən oyunçudur. 27 yaşlı forvard İngiltərə 2:6 hesabı ilə uduzduqları ilk tur matçında və Uelslə görüşdə topu dirəyə vurub.
O, ümumilikdə 9 dəfə qapıya zərbə vurub, bunun 4-ü çərçivəyə düşüb.