İsmail Kartal Edin Ceko ilə bağlı qərarını verdi
"Fənərbağça" kulubunun baş məşqçisi İsmail Kartal ulduz futbolçu Edin Cekonu "Kayserispor"la görüşün əsas heyətinə əlavə etməyib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 37 yaşlı hücumçu komanda ilə birgə məşq zamanı zədələndiyi üçün baş məşqçi futbolçuya "Qalatasaray"la matçadək sağalması üçün zaman verib.
Edin Ceko "Kayserispor"la oyunda da komandaya kömək etmək istəsə də İsmail Kartal icazə verməyib.
Qeyd edək ki, "Kayserispir"-"Fənərbağça" görüşü dekabrn 20-də Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.