İspaniya Avropa çempionudur

Qadınların basketbol üzrə Avropa çempionatına yekun vurulub. SportLine.az xəbər verir ki, finalda İspaniya və Fransa seçmələri üz-üzə gəlib.

Rəqibindən daha yaxşı təsir bağışlayan Pireney təmsilçisi yekunda qələbə qazanıb - 71:55.

Yunanıstanı məğlub edən Belçika (78:45) "bürünc"ə sahib çıxıb.

Qeyd edək ki, İspaniya millisi bununla üçüncü dəfə Avropa çempionu adını qazanıb. Komanda bundan əvvəl 1993 və 2013-cü illərdə Avropanın ən güclüsü olub.