İspaniya klubunda yeni müqavilə

"Valyadolid" baş məşqçisi Serxio Qonzaleslə müqavilənin müddətini uzadıb.

Sportline.az La Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2022-ci ilin yayına qədər artırılıb.

Əvəlki müqavilə cari mövsümün sonunda bitirdi. 

Qonzales 2018-ci ildən  "Valyadolid"i çalışdırır. Komanda hazırda La Liqada 18 xalla 15-cidir.