İspaniya millisinin uğuru ona həsr olundu

İspaniya millisinin baş məşqçisi Robert Moreno, komandanın AVRO 2020-nin final mərhələsinə çıxışını, Luis Enrikeyə həsr etdiklərini bildirib.  

Sportline.az xəbər verir ki, gənc mütəxəssis bunu İspaniya mətbuatına açıqlamasında deyib. 

Xatırladaq ki, Luis Enrike sentyabrda dünyasını dəyişən qızının xəstəliyi ilə əlaqədar İspaniya millisindən ayrılmışdı. 

İspaniya seçməsi, ötən gecə İsveçlə oyunda (1-1) heç-heçə ilə final mərhələsinə vəsiqəni təmin edib.  

Banner