İspaniya Super Kubokunun təqvimi

İspaniya Superkubokunun təqvimi məlum olub.

Sportline.az xəbər verir ki, yarımfinal mərhələsinin oyunlarının başlama saatı açıqlanıb.

Yanvarın 8-də "Valensiya" ilə "Real", ertəsi gün isə "Barselona" ilə "Atletiko" üz-üzə gələcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlanacaq. Qaliblər yanvarın 12-də final matçında qarşılaşacaq. Həlledici qarşılaşma isə 22:00-a təsadüf edəcək.

İspaniya Superkubokunun oyunları Səudiyyə Ərəbistanında keçiriləcək.