İspaniyanın ən yaxşısı müəyyənləşdi

İspaniya La Liqasında 2018/19 mövsümünün ən yaxşı məşqçisinin adı açıqlanıb. 

Sportline.az xəbər verir ki, bu şərəfə, “Hetafe”nin çalışdırıcısı Xose Bordalas layiq görülüb.

"Hetafe” sözügedən məşqçinin rəhbərliyi altında ötən mövsümü La Liqada 5-ci pillədə başa vurub. Bu mövsüm isə o, komandasını Avropa Liqasının pley-offuna çıxarıb və ölkə çempionatında 17 turdan sonra dördüncü yerdə gedir. 55 yaşlı mütəxəssis “Hetafe”ni 2016-cı ildən çalışdırır.

Banner