"İstabulspor"un prezidenti Ecmel Faik Sarıalioğlu hadisə ilə bağlı açıqlama verib
"İstanbulspor"un prezidenti Ecmel Faik Sarıalioğlu mətbuat konfransı təşkil edərək hadisəylə bağlı danışıb.
Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, kulubun prezidenti açıqlamasında :" Nə qərar verəcəklərsə qəbulumdur. Etdiyim şey üçün peşman deyiləm. Bu günə kimi susduğumuz üçün Türkiyə futbolu bu gündədir. Mən özüm də Trabzonluyam və "Trabzonspor"la heç bir problemim yoxdur. "İstanbulspor"la bu günə kimi çox uğurlara imza atmışam. Çox şükür heç kimə 1 qəpik belə borcum yoxdur. Nə futbolçuya nə də digər kulublara. Mənim problemim dünən keçirilən görüşdəki hakimlər və qərarlarıyladır",-deyib.
Qeyd edək ki, ötən gün keçirilən "İstanbulspor"-"Trabzonspor" görüşü 72-ci dəqiqədə dayandırılıb. Türkiy əFutbol Federassiyasının matçla bağlı hansı qərarı verəcəyi gözlənilir.