İsveçrə - İsveç: Heyətlərdəki son durum
2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin oyunları davam edir.
Sportline.az xəbər verir ki, İsveçrə B qrupunun 5-ci turunda "Stad de Ceneve"də İsveçlə qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda meydan sahiblərində əsas itki Luka Yaquez və Rikardo Rodrigez baş məşqçi Murat Yakının sərəncamında olmayacaq.
İsveçdə isə Hüqo Larsson, İsaak Lidberq və Lukas Berqvall zədəlidir.
Qeyd edək ki, İsveçrə - İsveç görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Oyunda söz sahibi belçikalı Erik Lambreçs olacaq.