İtaliyalı futbolçu "Union Berlin"dən ayrılır
Almaniyanın "Union Berlin" klubunda çıxış edən italiyalı müdafiəçi komanda yoldaşlarıyla sağollaşıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Leanardo Bonuccinin karyerasını Türkiyə Super liqasında davam etridəcəyi bildirilib.
"Fənərbağça" klubunun futbolçuyla şəxsi razılıq əldə etdiyi və Edin Dzekonun da Bonucciyə zəng edərək Türkiyəyə gəlməsini dediyi məlum olub.
Qeyd edək ki, Almaniya mediası Leanardo Bonuccinin "Union Berlin"də xoşbəxt olmadığını, bun görə də 6 ay sonra komandadan ayrılmaq istədiyini bildirib.