Joao Neveş İspaniya nəhənginin radarındadır

"Real Madrid" yayda heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, əsas hədəflərdən biri Joao Neveşdir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, J.Neveşin dəyəri 110 milyon avrodur.

Portuqaliya millisinin üzvünün PSJ ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.