Kadi Borges Bakıda

Qış fasiləsində "Qarabağ"la yolları ayrılan Kadi Borges yenidən Bakıdadır. 

Sportline.az xəbər verir ki, "Krasnodar" klubuna transfer olunan braziliyalı yarımmüdafiəçi Bakıdakı ticarət mərkəzlərinin birində görünüb. 26 yaşlı futbolçu sabiq klubunun düşərgəsini də ziyarət edib, komandanın məşqini izləyib. O, Ağdam təmsilçisinin futbolçuları və baş məşqçi Qurban Qurbanovla görüşüb.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvar ayına kimi "Qarabağ"da çıxış edib. O, Ağdam klubunun heyətində meydana çıxdığı 75 oyunda 28 qol və 28 məhsuldar ötürmə müəllifi olub. 

Banner