Kamavinqanın "Real"dan ayrılacağı gözlənilir

"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa yayda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Joze Feliks məlumat yayıb.

"Mançester Siti", "Liverpul" və "Paris Sen-Jermen" 23 yaşlı oyunçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, E.Kamavinqa bu mövsüm meydana çıxdığı 43 matçda 2 qol, 1 asistlə yadda qalıb.