"Kəpəz" fasiləyə yollandı
"Kəpəz" komandası qış fasiləsinə yollanıb.
Sportline.az xəbər verir ki, futbolçulara 10 günlük istirahət verilib.
Bəzi legionerlər Yeni il bayramı ilə əlaqədar ölkələrinə yollanıblar.
Komanda çempionatın ikinci hissəsinə hazırlıq üçün yanvarın 4-də Gəncədə toplaşacaq.
Qeyd edək ki, "Kəpəz" 18 turdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.