"Kəpəz" "Qəbələ"yə qalib gəldi

Qış təlim-məşq toplanışını ölkə daxilində keçirən “Qəbələ” ilə “Kəpəz” yoxlama matçında üz-üzə gəlib.

Sportline.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunan görüş Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Meydan sahiblərinin heyətində Ülvi İsgəndərov 13-cü dəqiqədə hesabı açıb. Qonaqlardan Georgi Papunaşvili 25-ci dəqiqədə tarazlığı bərpa edib. "Qəbələ"nin müdafiəçisi Murad Musayev isə 32-ci dəqiqədə avtoqol müəllifi olub.

Bölgə təmsilçiləri yanvarın 15-də ikinci yoxlama matçını keçirəcəklər. Həmin gün “Qəbələ” “Araz-Naxçıvan”ı, “Kəpəz” isə “İmişli”ni qəbul edəcək.

Qeyd edək ki, 14 xala malik komandalar APL-in turnir cədvəlində 9-10-cu yerləri bölüşürlər.