Kerem Aktürkoğlu Portuqaliyada ən yaxşı hücumçu seçilib

“Benfika”nın türkiyəli futbolçusu Kerem Aktürkoğlu Portuqaliyada ən yaxşı hücumçu adına laiq görülüb.

Sportline.az xəbər verir ki, 26 yaşlı futbolçu sentyabr və oktyabr aylarının ən yaxşı hücumçusu mükafatına sahib çıxıb.

“Benfika” əla mövsüm keçirən Keremin transfer dəyəri 60 milyon avro olaraq təyin edilib.

Qeyd edək ki, Kerem Aktürkoğlu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 8 qol və 3 asitlə yadda qalıb.