Keylor Navas "Mançester Yunayted"in hədəfində

Real”ın üzvü Keylor Navas İngiltərəyə yollana bilər.

Sportline.az xəbər verir ki, 32 yaşlı futbolçunun nümayəndələri hazırda Navas üçün yeni komanda axtarışındadırlar.

Son xəbərlərə görə kosta-rikalı qolkiperlə “Mançester Yunayted” yaxından maraqlanır. “Qırmızı şeytanlar”ın əsas qapıçısı David de Xea hələ də klubla müqaviləsini yeniləməyib. Buna görə də rəhbərlik bu mövqeyi gücləndirmək niyyətindədir. Qeyd edək ki, Navasla yanaşı “Atletiko”nun üzvü Yan Oblak da “Mançester Yunayted”in diqqət mərkəzindədir.