Keyn qərarını verdi

"Bavariya"nın ingiltərəli futbolçusu Harri Keyn klubda qalmaq istədiyini açıqlayıb.

Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, Keyn Almaniya klubu ilə yeni müqavilə imzalamaq niyyətindədir.

31 yaşlı forvardın "Bavariya" ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Harri Keyn bu mövsüm çıxış etdiyi 44 matçda 36 qol 12 asistlə yadda qalıb.