Klublararası dünya çempionatının püşkü bu tarixdə atılacaq
Klublararası dünya çempionatı turnirinin püşkü 5 dekabrda ABŞ-ın Mayami şəhərində atılacaq.
Sportline.az FİFA-nı rəsmi saytına istinadən xəbər verir ki, 32 klubdan 31-i bəllidir, geriyə 1 klub qalıb ki, həmin klub da bu mövsümün Cənubi Amerika (Libertadores) çempionu olacaq.
Qeyd edək ki, final matçı 30 noyabr tarixində “Atletiko Mineyro” ilə “Botafoqo” klubları arasında keçiriləcək.