Konfrans Liqasında pley-off mərhələsi başladı

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Sportline.az xəbər verir ki, qarşılaşmaların hamısı eyni gündə oynanılıb.

Türkiyə təmsilçisi "Samsunspor" Şimali Makedoniyada "Şkendiya"nın qonağı olub və 1:0 hesablı qələbə qazanıb.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarə etdiyi KuPS (Finlandiya) – "Lex" (Polşa) qarşılaşmasında qonaqlar 2:0 hesablı qələbə qazanıb. Ağayev görüşün 12-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Joslyn Luyeye-Lutumbaya birbaşa qrımızı vərəqə verərək meydandan kənarlaşdırıb. O, 88-ci dəqiqədə hər iki komandanın bir üzvünə sarı vərəqə də göstərib.

Qeyd edək ki, pley-offun cavab qarşılaşmaları fevralın 26-da keçiriləcək.

19 fevral

UEFA Konfrans Liqası, pley-off mərhələsi, ilk oyunlar

KuPS (Finlandiya) – "Lex" (Polşa) - 0:2
Qollar
: Kozubal, 9. İmsahil, 41.

Qırmızı vərəqə: Coslun Luyeye-Lutumba, 12 (Kups)

"Noa" (Ermənistan) – "Alkmar" (Niderland)  1:0
Qol:
 Hambardzumyan, 53.

"Zrinski" (Bosniya və Herseqovina) – "Kristal Pelas" (İngiltərə) - 1:1
Qollar
: Abramoviç, 55 – Sarr, 44.

"Siqma" (Çexiya) – "Lozanna" (İsveçrə) - 1:1
Qollar:
 Şturm, 58 – Oyedeji, 22.

"Yagelloniya" (Polşa) – "Fiorentina" (İtaliya) - 0:3
Qollar:
 Ranyeri, 53. Mandraqora, 66. Pikkoli, 81-pen.

"Şkendiya" (Şimali Makedoniya) – "Samsunspor" (Türkiyə) - 0:1
Qol: 
Marius, 77.

"Drita" (Kosovo) – "Çelye" (Sloveniya) - 2:3
Qollar
: Krasniqi, 59. Balay, 75 – Kuçis, 19. Avdili, 41. Poplatnik, 90+4.

"Omoniya" (Kipr) – "Riyeka" (Xorvatiya) - 0:1
Qol: 
Adyey, 87.