Konor Makqreqorun növbəti döyüşünün vaxtı bilindi

Məşhur MMA döyüşçüsü Konor Makqreqor yenidən oktaqona dönür.

Sportline.az xəbər verir ki, UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu gələn il pərəstişkarlarını sevindirmək niyyətindədir.

Bu haqda irlandiyalı idmançının meneceri Con Kavana danışıb:

"Aprel ayına qayıtmağı planlaşdırmışdıq. Amma, bu, alınmadı və Konorun dönüşü yaya təsadüf edəcək. Bəli, bu heç də yaxşı alınmadı. Bununla belə, indi məşqdən zövq alır və vaxtı səbirsizliklə gözləyirik", - deyə Kavana "The MMA Hour "podkastında məsələyə aydınlıq gətirib.

Xatırladaq ki, Konor son döyüşü 2021-ci ilin iyulunda keçirmişdi.

O, UFC 264 turnirinin ilk raundunda ayağını sındıraraq amerikalı Dastin Poryeyə vaxtından əvvəl məğlub olmuşdu.