"Konyaspor"un baş məşqçisi istefa verib

"Fənərbağça" ilə görüşdə 1-7 hesanı ilə məğlub olan "Konyaspor"un baş məşqçisi istefa verib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis Hakan Keleş böyük hesabla məğlubiyyətdən sonra bu qərara gəlib.

Baş məşqçi açıqlamasında :"Konyaspor" azarkeşlərindən üzr istəyirəm. Bu məğlubiyyət mənim səhvimdir. Kluba və özümə yaraşdırmıram. Çox şey demək istəmirəm. Komandanın prezidenti ilə danışacam və davam etmək istəmədiyimi deyəcəm. Hər şey üçün çox saə olun. Bir daha üzr istəyirəm",-deyib.

Qeyd edək ki, qeyd edək ki, Hakan Keleş matçdan sonra rəsmi olaraq komandadan ayrılıb.