"Konyaspor"un yeni baş məşqçisi bəlli olub
"Konyaspor" baş məşqçi postu üçün Bosniya və Hersoqovinalı çalışdırıcı ilə razılıq əldə edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Konya təmsilçisi Aykut Kocamanın köməkçi məşqçisi Fahrudin Omaroviçlə razılıqa gəlib. Tərəflər arasında müqavilənin sabah imzalanacağı bildirilib.
Qeyd edək ki, Fahrudin Omaroviç futbolçu karyerasında qolkiper mövqeyində çıxış edib. Baş məşqçi kimi isə Türkiyənin "İstanbulspor", "Malatyaspor" və "Ankaragücü" klublarınl çalışdırıb.