Köşə yazarı Gürcan Bilqiç Türkiyə nəhənglərini tənqid edib

Türkiyənin Fotomaç qazetin köşə yazarı  Gürcan Bilqiç Türkiyə nəhənglərini tənqid atəşinə tutub.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Gürcan Bilqiç son yazısında "Fənərbağça"-"Qalatasaray" matçını hədəf alıb. Köşə yazısında :"Okan Buruk İsmail Kartala dərs keçdi. Əzbərdən kənara çıxmaq necə olur öyrətdi. Amma bu komandlar çempionluq üçün yarışırlar ? Meydanda qələbə qazanmaq istəyən əzəli rəqiblər görmədim mən. Autsayderlərin matçı daha maraqlı alınardı",-deyib. 

Qeyd edək ki, Gürcan Bilqiç Türkiyə Super Kubokunun qalibi "Qalatasaray" olaraq gördüyünü də gizlətməyib.