Kriştianu Ronaldu Lionel Messini qabaqladı
"Əl-Nəssr" kulubunun ulduz futbolçusu Kriştianu Ronaldu "Google"də ilin ən çox axtarılan futbolçusu olaraq Lionel Messini keçib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, portuqaliyalı ulduz xəbəri gördükdən sonra sevinərək qol sevincini təkrarlayıb.
Səudiyyə Ərəəbistnanı mediasında futbolçu haqqında :"Bu normaldır. 38 yaşı olmasına baxmayaraq daima uğurlar əldə edir və əlsa yorulmur",-yazılıb.
Qeyd edək ki, Kriştianu Ronaldu instaqramda 615 milyon takipçi ilə dünyada ən çox izlənilən şəxsdir.