"Kristal Pelas"ı "Liverpul"a dəyişir
"Liverpul"un yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Kristal Pelas"ın ingiltərəli futbolçusu Adam Varton "Liverpul"un maraq dairəsinə düşüb.
21 yaşlı yarımmüdafiəçinin "Kristal Pelas"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Adam Vartonun transfer qiyməti 35 milyon avro olaraq təyin olunub.