Kristian Pulişiç Çempionlar liqasında yeni reokorda imza atıb
"Milan"ın ulduz futbolçusu Kristian Pulişiç Çempionlar liqasında 3 fərqli klubda qol vuran ilk futbolçu olub.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 25 yaşlı sağ cihan hücumçusu ötən gecə "Nyukasıl Yunayted"-"Milan" görüşündə qol vuraraq adını Çempionlar liqasının tarixinə yazdırıb. Kristian Pulişiç görüşün 59-cu dəqiqəsində hesab tarazlıq gətirib.
Gərgin mübarizə ilə yadda qalan matç qonaqların 2-1 hesablı ütünlüyü ilə başa çatıb.
Qeyd edək ki, Kristian Pulişiç daha öncə "Çelsi" və "Barussiya Dortmund" klublarının şərəfini qoruyub.