Kunya "Vulverhempton"dan ayrılmaq istəyir
"Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunya klubdan ayrılmaq istəyir.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Arsenal", "Aston Villa", "Mançester Yunayted", "Nyukasl Yunayted", "Nottingem Forest" və "Tottenhem" Kunyanı transfer etmək istəyən klubların siyahısında yer alır.
25 yaşlı forvardın transfer qiyməti 60 milyon avro olaraq təyin olunub. O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 16 qol və 4 asistlə yadda qalıb.
Qeyd edək ki, Kunyanın "Vulverhempton"la müqaviləsi 2029-cu ilin yayına qədərdir.