Tibo Kurtua milli komandaya dəvət olunmayıb
Belçika millisinin qolkiperi Tibo Kurtua AVRO 2024-də komandasına kömək edə bilməyəcək.
Sportline.az Goal.com-a istiadla xəbər verir ki, milli komandanın baş məşqçisi Domenik Tedesko və 31 yaşlı təcrübəli qolkiper arasında kapitanlıq sarğısı üzərində yaşanan gərginlik futbolçunun AVRO 2024-də çağırılmaması ilə nəticələnib.
Tibo Kurtua Kevin Debrüynün olmadığı Avstriya ilə görüşdə milli komanda ilə 100-cü oyununa çıxdığı üçün, kapitanlıq sarğısının ona veriləcəyini gözləsə də Dominik Tedesko bu vəzifəni Romelu Lukakuya verib.
Qeyd edək ki, Tibo Kurtuanın yoxluğunda qapını Koen Kastels qoruyacaq.