La Liqada sentyabrın ən yaxşısı müəyyənləşdi

İspaniya La Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az xəbər verir ki, "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Edeqor ötən ayın ən yaxşısı seçilib.

Qeyd edək ki, 20 yaşlı oyunçu sentyabrda 4 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib. O, müqavilə ilə "Real"a məxsusdur.