"Land of Fire" İsveçrədəki Dünya Kubokunun qalibi olub
Azərbaycanın "Land of Fire" komandası İsveçrənin Sankt Moritz şəhərində keçirilən 38-ci qarüstü polo üzrə Dünya Kubokunun qalibi olub.
Dövlət Sərhəd Xidmətindən (DSX) Sportline.az saytına verilən məlumata görə, bütün görüşlərdə qələbə qazanan kollektiv finalda yerli "Sankt Moritz"lə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb, əlavə olunan vaxtda "Land of Fire" qızıl topu vuraraq 6-5 hesabı ilə qələbə qazanıb.
Tədbirin sonunda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim olunmuşdur.
Qeyd edək ki, yarışda 6 komanda mübarizə aparıb. Bununla da Azərbaycan poloçuları növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olmuşlar.