"Latsio" 24 yaşlı futbolçu üçün 45 milyon avro tələb edir

"Latsio" ispaniyalı futbolçusu Mario Gilanın transfer qiymətini açıqlayıb.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, İtaliya klubu Mario Gila üçün 45 milyon avro tələb edir.

"Mançester Siti", "Tottenhem", "Bavariya", "Paris Sen-Jermen" və "Real Madrid" 24 yaşlı futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.

Qeyd edək ki, Mario Gila "Real Madrid" öz yetirməsi sayılır. O bu mövsüm çıxış etdiyi 38 matçda 2 qolla yadda qalıb.