"Laypsiq" baş məşqçi ilə müqaviləni uzadıb
Bundesliqa klublarından "Laypsiq" baş məşqçi Marko Roze ilə yola davam etmə qərarı alıb.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, almaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
İmza mərasimindən sonra danışan Roze "Səyahətimizə birlikdə davam etdiyimiz üçün xoşbəxtəm. Burada özümü çox rahat hiss edirəm" fikirlərini səsləndirib.
2022/23 mövsümünün əvvəlində "Laypsiq"i çalışdıran Roze komandası ilə 86 matçda orta hesabla 2,01 xal toplayıb.
Qeyd edək ki, 47 yaşlı çalışdırıcı bu müddət ərzində "Laypziq" ilə 1 dəfə Almaiya kubokunu və Almaniya Superkubokunu qazanıb.