Leanardo Jardimin yeni iş yeri bilinib
Portuqaliya baş məşqçi Leanordo Jardimin yeni iş yeri bəlli olub.
Sportline.az xəbər verir ki, “Əl Əyn” klubu 50 yaşlı mütəxəsislə razılıq əldə edib. L.Jardim “Əl Əyn” klubu ilə 1 illik müqavilə imzaladığı bildirilir.
Bu haqda xəbəri klubun rəsmi saytı paylaşıb.
Leanardo Jardimin sonuncu iş yeri “Əl-Əhli” klubu olub.
Qeyd edək ki, Lanardo Jardim daha öncə “Kamaça”, “Çaves”, “Beyra Mar”, “Braqa”, “Olimpiakos”, “Sportinq”, “Monako” və “Əl-Hilal” komandalarını çalışdırıb.