Legioner futbolçumuz fərqlənib

Vüsal İsgəndərli Albaniya Superliqasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, onun şərəfini qoruduğu “Partizani” komandası evdə “Flamurtari”ni 2:1 hesabı ilə məğlub edib. 

90 dəqiqə meydanda olan İskəndərli 33-cü dəqiqədə komandasının ilk qolunu vurub.

“Partizani” hazırda 23 xalla turnir cədvəlində 6-cı pillədədir.