"Leptziq" ulduz futbolçusu ilə müqaviləni yeniləyib

Avropanın nəhəng klublarının siyahısında olan Benjamin Şeşko "Leptziq" ilə müqaviləni uzadıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, sloveniyalı oyunçu ilə yeni müqavilə 2029-cu ilə kimi nəzərdə tutulub.

Ötən mövsüm Almaniya klubunun heyətində 42 oyuna çıxan hücumçu bu görüşlərdə 18 qol və 2 asistlə diqqət çəkib.

Qeyd edək ki, 21 yaşlı gənc oyunçu "Arsenal", "Mançester Yunayted" və "Çelsi" kimi klubların maraq dairəsində idi.