Liam Delap "İpsviç"dən ayrılacaq
"İpsviç"in ingiltərəli futbolçusu Liam Delap mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda "The Chronicle" nəşri məlumat yayıb.
22 yaşlı futbolçu ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.
Qeyd edək ki, Liam Delapla "Liverpul", "Çelsi", "Mançester Yunayted" və "Arsenal" yaxından maraqlanır.
Onun transfer qiyməti 35 milyon avro olaraq təyin olunub.
Liam Delap bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 12 qol və 2 asistlə yadda qalıb.