Liam Delap "İpsviç"i tərk edəcək

"İpsviç"in ingiltərəli futbolçusu Liam Delap karyerasını "Everton"da davam etdirə bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Liam Delap üçün Mersisayd klubu 30 milyon avro ödəməyə hazırdır.

22 yaşlı futbolçunun "İpsviç"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Liam Delap bu mövsüm çıxış etdiyi 37 matçda 12 qol 2 asistlə yadda qalıb.