"Lids Yunayted"in baş məşqçisi Lionel Messini təqdir edib
"Lids Yunayted" kulubunun baş məşqçisi Cessi Marş Lionel Messinin Amerika liqasına böyük təsirindən danışıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, amerikalı təcrübəli mütəxəssis argentinalı super ulduz barəsində danışarkən :"Messi Amerika futbolnun dirçəlişində əsas pay sahibi oldu. Argentinalı ulduz liqaya gəldikdən sonra futbolun səviyyəsi yüksəldi. O, dünyanın ən yaxşısıdır. Getdiyi hər yerdə fərq yaratmağı bacarır",-deyib.
Qeyd edək ki, Cessi Marş Amerika kulublarından təklif gələrsə qəbul edəcəyini və futbolun inkişafı üçün əlindən gələni edəcəyini bildirib.