Lionel Messi çempionluğunu qeyd edir

Argentinalı futbolçu İnstaqram hesabından 1 il öncəki çempionluğunu xatırladan paylaşımlar edib. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, ulduz futbolçu keçən il Dünya Çempionu olduqları şəkilləri paylaşaraq: "Biz bunu bacardıq uşaqlar",-deyib. 

Fransa ilə final görüşünün əsas vaxtında qalib müəyyənləşmədiyindən penaltılar seriyasına ehtiyac duyulub. Burada 4-2 hesabı ilə qalib gələn Argentina millisi kuboku başı üzrəinə qaldırmışdı.

 Qeyd edək ki, Lionel Messi Dünya Çempionatının ardından 8-ci dəfə "Qızıl Top" mükafatının sahibi olmuşdu.