Lionel Messiyə növbəti mükafat

Lionel Messi daha bir mükafata layiq görülüb.

Sportline.az xəbər verir ki, argentinalı ulduza Kataloniyanın müqəddəs Georgi ordeni olan Sant-Jordi xaçı təqdim olunub.

Nufuzuna görə Kataloniyanın 2-ci ordeni olan bu mükafat əyalətin mədəniyyətində və tarixində xüsusi yer tutan insanlara verilir. 1981-ci ildə təsis edilən mükafat 2-ci dəfə “Barselona”nın futbolçusuna  verilib.

Messiyə kimi əfsnəvi hollandiyalı futbolçu və məşqçi Yohan Kroyf bu mükafata layiq görülmüşdü. Qeyd edək ki, argentinalı ulduz bu mövsüm “Barselona”nın İspaniya çempionu olmasında böyük rol oynayıb, La liqada 34 qol və 13 məhsuldar ötürmə ilə diqqət çəkib. 13 yaşından “Barselona”da çıxış edən Lionel Messi hazırda Kataloniyanın rəmzi hesab olunan bu komandanın kapitanıdır.

O, “Barsa” ilə 34 titul qazanıb. Messi “Barselona” tarixinin ən yaxşı bombardiridir. O, barsanın əsas heyətində ümumlikdə 685 oyunda 600 qol vurub.