"Liverpul" "Fulhem"in futbolçusu ilə maraqlanır
"Liverpul" "Fulhem"in amerikalı futbolçusu Antonee Robinsonu heyətinə qatmağı düşünür.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" Robinsonun meneceri ilə danışıqlara başlayıb.
27 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Robinson bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 matçda 10 asistlə yadda qalıb.