"Liverpul" futbolçusu üçün 45 milyon avro tələb edir

"Liverpul" uruqvaylı futbolçusu Darvin Nunyeslə bağlı qərar verib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" Darvini mövsümün sonunda satmaq niyyətindədir.

Mersisayd klubu 25 yaşlı forvard üçün 45 milyon avro tələb edir.

Qeyd edək ki, Nunyes 2022-ci ilin yayında "Benfika"dan "Liverpul"a 85 milyon avro qarşılığında transfer olmuşdu.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 7 qol 7 asistlə yadda qalıb.

Xatırladaq ki, Darvin Nunyesin "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.