"Liverpul" Komanla maraqlanır

"Bavariya"nın fransalı futbolçusu Kinqsley Koman karyerasını "Liverpul"da davam etdirə bilər.

Sportline.az jurnalist Kristian Folkun məlumatına istinadən xəbər verir ki, "Liverpul" Koman üçün Münhen klubu ilə danışıqlara başlayıb. 

28 yaşlı futbolçu Mersisayd klubunda çıxış etməyə müsbət yanaşır. O bu mövsüm çıxış etdiyi 35 matçda 6 qol və 4 asistlə yadda qalıb.

Qeyd edək ki, Komanın "Bavariya" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.