"Liverpul" Van Deykə yeni müqavilə təklif edib
"Liverpul" niderlandlı futbolçu Vircil Van Deykə yeni müqavilə təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.
Vircil Van Deyk "Liverpul"da qalmaq niyyətindədir. Bu səbəbdən yeni müqavilə təklifini qəbul edəcək.
Qeyd edək ki, 33 yaşlı futbolçunun Mersisayd klubu ilə hazır ki müqaviləsi mövsümün sonunda başa çatacaq.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Van Deyk 2018-ci ilin yanvar ayında "Sounthempton"dan "Liverpul"a 84.6 milyon avro qarşılığında transfer olmuşdu.