"Liverpul"dan Kambiyaso həmləsi
"Yuventus"un italiyalı futbolçusu Andrea Kambiyaso karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Calcio Mercato" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" Kambiyaso üçün Turin klubu ilə danışıqlara başlayıb.
25 yaşlı sağ cinah müdafiəçisinin "Yuventus"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Kambiyaso bu mövsüm çıxış etdiyi 39 matçda 2 qol 3 asistlə yadda qalıb.