"Liverpul"dan yeni transfer həmləsi
"Liverpul" "Brayton"un yaponiyalı futbolçusu Kaoru Mitomanı heyətinə qatmağı planlaşdırır.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu mövsümün sonunda Mitoma üçün "Brayton"a rəsmi təklif göndərəcək.
27 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Mitomanın "Brayton"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 8 qol və 3 məhsuldar ötürmə müəllifi olub.