Luis Enrike İspaniya millisinə döndü
Luis Enrikenin İspaniya millisinə qayıdışı rəsmiləşib.
Sportline.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales keçirdiyi mətbuat konfransında bildirib.
"Bazar erəsi günü Roberto Morenodan mesaj aldıq. O, bizə Enrikenin dönmək istəyəcəyi təqdirdə, problem yaratmayacağını söylədi. Enrike qayıtmaq istədi və biz də buna razı olduq. Onun dönəcəyini bizdən əvvəl bilən şəxs elə Moreno idi. Enrikeyə verdiyimi sözü tutduq".
49 yaşlı mütəxəssisin DÇ-2022-nin sonunadək İspaniya millisini çalışdıracağı bildirilib.
Qeyd edək ki, L.Enrike ailə problemlərinə görə iyun ayında İspaniya millisinin baş məşqçisi vəzifəsindən istefa verib. Onu bu vəzifədə köməkçisi R. Moreno əvəzləyib.
Xatırladaq ki, Morenonun L.Enrikenin İspaniya millisinə qayıdacağını eşitdikdən sonra stadionu göz yaşları içində tərk etdiyi iddia olunurdu.