Luis Enrike “PSJ” yə “Barselona”nın oyunçusunu gətirmək istəyir

PSJ-nin baş məşqçisi Luis Enrike Jül Kundenin transferi üçün ciddi səylər göstərir. 

Sportline.az xəbər verir ki, bu baradə "El Nacional" nəşri məlumat verib.

İspaniyalı mütəxəssis klub rəhbərliyinə Dünya Çempionatından əvvəl transferi reallaşdırmaq üçün çalışmaları ilə bağlı göstəriş verib.

İspaniyalı mütəxəsis sağ cinah müdafiəçisi mövqeyinə böyük önəm verir və Əşrəf Hakimi ilə Nuno Mendeş kimi oyunçuların arxasında yüksək səviyyəli ehtiyat üçün bu transferi istəyir.

Bununla belə, “Barselona” Jül Kundeni komandanın ən vacib futbolçularından biri hesab edir və mümkün transferin baş tutması olduqca çətin görünür.

Paris təmsilçisi fransalı müdafiəçini heyətinə cəlb etmək istəyirsə Katalonları razı salmaq üçün onlara yüksək transfer təklifi təqdim etməli olacaq.

Banner